Əsas Səhifə > MEDİA > Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak edib
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak edibBu gün, 13:36 |
|
"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Şimali Kiprdə işgüzar səfərdə olub. Şəffaflıq.az xəbər verir ki, A.Ələsgər səfər çərçivəsində Şimali Kipr Prezidenti Tufan Ərhürman və Baş nazir Ünal Üstəllə keçirilən görüşlərdə iştirak edib. Prezident T.Ərhürmanla görüşdə nümayəndə heyətinə TİMBİR sədri Süleyman Basa, Baş nazir Ünal Üstəllə görüşdə isə sədrin birinci müavini Cüneyt Altıparmak rəhbərlik edib. Görüşlərdə Azərbaycan, Türkiyə və Şimali Kipr arasında əlaqələrin inkişafı, türk dünyasında media əməkdaşlığının genişləndirilməsi, informasiya mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. A.Ələsgər Prezident Tufan Ərhürmana və Baş nazir Ünal Üstələ Azərbaycanın milli ornamentlərini əks etdirən xatirə hədiyyələri təqdim edib. O, Şimali Kiprin yaradılmasının 43-cü ildönümü – Cümhuriyyət Bayramı münasibətilə təşkil olunan rəsmi qəbulda da iştirak edib. Səfər çərçivəsində A.Ələsgər həmçinin Şimali Kiprin ilk özəl radio və televiziya qurumlarından biri olan "Genç TV"nin rəhbəri Ərtan Birinci ilə görüşüb. Görüşdə "Yeni Çağ" Media Qrupu ilə "Genç TV" arasında əməkdaşlığın inkişaf etdirilməsi, ortaq yayımların təşkili, qarşılıqlı informasiya mübadiləsi və birgə media layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub. Geri qayıt |