Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Bakıda Gələcəyin Peşələri Sammiti keçirilir

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilir


Bu gün, 10:52


Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Bakıda Gələcəyin Peşələri Sammiti keçirilir.

Şəffaflıq.az xəbər verir ki, əsas müzakirə mövzusu "Süni intellekt dövründə insan kapitalının yeni reallığı" olan tədbir "Gülüstan" sarayında təşkil edilib.

İştirakçılar tədbir çərçivəsində təşkil olunan sərgidə təhsil və təlim sahəsində fəaliyyət göstərən şirkətlərin xidmətləri ilə tanış olublar.

Sammit çərçivəsində "Qlobal dəyişikliklərdən fərdi bacarıqlara" və "Dəyişiklikdən rəqabət üstünlüyünə" mövzularında panel müzakirələrinin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Gələcəyin Peşələri Sammiti noyabrın 27-də Naxçıvanda, dekabrın 4-də isə Xankəndidə ilk dəfə baş tutacaq.


Geri qayıt