Əsas Səhifə > REGİON > İran əsgəri İraqla sərhəddə silahlı qruplaşma tərəfindən öldürülüb
İran əsgəri İraqla sərhəddə silahlı qruplaşma tərəfindən öldürülübBu gün, 10:50 |
|
İranın qərbində, İraqla sərhədyanı Bane bölgəsində PJAK terror qruplaşması ilə silahlı toqquşma nəticəsində İslam Respublikasının əsgəri Əmir Mehdi Kianfər ölüb. Şəffaflıq.az xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb. Mərkəzi əyalətin Şəhidlər və Veteranlar Fondu İdarəsinin direktoru Rza Rəbieinin sözlərinə görə, Əmir Mehdi Kianfər hərbi xidmətdə yeni çağırışçı imiş. Bane İranın Kürdüstan əyalətinin şəhəridir. O, İranın qərbində İraqın şimalından 20-30 km məsafədə Zaqrosun dağlıq-meşəlik ərazisindəki sərhəddə yerləşir. Geri qayıt |