Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rumıniyada güclü zəlzələ baş verib

Rumıniyada güclü zəlzələ baş verib


Bu gün, 10:45


Rumıniyanın cənub-şərqində 5,3 bal gücündə zəlzələ baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:48-də təxminən 130 min nəfər əhalisi olan Buzau şəhərindən 65 kilometr şimal-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 140 kilometr dərinlikdə yerləşib.

Yerli Digi24 nəşrinin məlumatına görə, materialın hazırlandığı vaxtadək Fövqəladə Hallar Departamentinin 112 xidmətinə xəsarət alanlar və ya mümkün dağıntılar barədə məlumat daxil olmayıb.


Geri qayıt