Əsas Səhifə > Dünya > Zəvvarları daşıyan avtobus gülləbaran edildi – Ölən və yaralananlar var

Zəvvarları daşıyan avtobus gülləbaran edildi – Ölən və yaralananlar var


3-11-2018, 23:22


 


Misirdə xristian kipti zəvvarlarını daşıyan avtobusa silahlı hücum olub.
“Report” xəbər verir ki, hadisə Bəni Suef əyalətində qeydə alınıb.
Belə ki, zəvvarları aparan üç avtobus Müqəddəs Samuel monastırı qarşısında naməlum dəstənin hücumuna məruz qalıb və onlardan biri gülləbaran edilib. Nəticədə 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Ölən və yaralananlar arasında qadınlar və uşaqlar da var.
Geri qayıt