Əsas Səhifə > SİYASƏT > SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb
SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıbBu gün, 09:31 |
|
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Comstock" şirkəti arasında "Legacy Haynesville" layihəsi üzrə "upstream" aktivlərindəki iştirak payının 20 %-nin, "Western Haynesville" layihəsi üzrə "upstream" aktivlərindəki iştirak payının 15 %-nin, eləcə də "Pinnacle Gas Services LLC"də "Comstock"a məxsus 73 %-lik iştirak payının 15 %-nin əməliyyatların idarə edilməsində iştirak hüququ olmadan alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb. Şəffaflıq.az bu barədə SOCAR-a istinadən xəbər verir. Müqaviləyə əsasən, sövdələşmənin ümumi dəyəri, alış qiymətinə standart düzəlişlərin tətbiqi şərtilə 1,65 milyard ABŞ dolları təşkil edir. SOCAR-ın "Western Haynesville" layihəsi üzrə kəşfiyyat və hasilat aktivlərindəki iştirak payı beş il keçdikdən və SOCAR həmin aktivlərə yatırdığı investisiyadan 15 % gəlirlilik əldə etdikdən sonra 7,5 %-ə endiriləcək. Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyən edilib. Sövdələşmənin yekunlaşması üçün müvafiq dövlət qurumlarından razılıqların alınması və qanunvericiliyə uyğun digər hüquqi prosedurların icrası həyata keçirilir. Geri qayıt |