Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edibBu gün, 09:10 |
|
İsveçrə Avropa İttifaqının 21-ci sanksiyalar paketində nəzərdə tutulan bir sıra məhdudlaşdırıcı tədbirləri Rusiya və Belarusa qarşı tətbiq edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının yaydığı bəyanatda bildirilib. Qərara əsasən, 254 fiziki və hüquqi şəxs sanksiya siyahısına daxil edilib. Bundan başqa, üçüncü ölkələrdən olanlar da daxil olmaqla, 41 şirkətə qarşı ixrac nəzarəti tədbirləri sərtləşdirilib. İsveçrə hakimiyyəti bir sıra təşkilatlarla, o cümlədən 33 Rusiya bankı ilə əməliyyatların aparılmasına da qadağa qoyub. Sanksiya siyahılarındakı dəyişikliklər noyabrın 5-də Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minəcək. Sektor məhdudiyyətləri də həmin gündən tətbiq olunmağa başlayacaq. Eyni zamanda, Federal Şura altı fiziki şəxsi və bir şirkəti sanksiya siyahısından çıxarmaq qərarına gəlib. Geri qayıt |