Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyibBu gün, 09:09 |
|
Berlin polisi Bavariyanın iqtisadiyyat naziri və baş nazirinin müavini Hubert Ayvanqerin Almaniya paytaxtındakı hotellərdən birində aşkarlanan meyitinin ona məxsus olduğunu təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Berlin polisinin rəsmi məlumatında bildirilib. "Bu gün axşam saatlarında Bavariyanın baş nazirinin müavini Hubert Ayvanqer Berlinin Mitte rayonunda yerləşən hotel otağında ölü tapılıb", – məlumatda qeyd olunub. Polis dəqiqləşdirib ki, Berlin Prokurorluğu Torpaq Cinayət Polisi İdarəsinin qətllərin araşdırılması üzrə altıncı şöbəsi ilə birlikdə siyasətçinin ölümünün hallarını araşdırmağa başlayıb. "Həmin araşdırmanın məqsədi ölümün dəqiq səbəbini və hallarını müəyyənləşdirmək, həmçinin üçüncü şəxslərin mümkün iştirakını istisna etməkdir. İstintaq tədbirləri davam edir", – hüquq-mühafizə orqanları vurğulayıb. Bundan əvvəl "Bild" qəzeti 55 yaşlı Ayvanqerin Berlinin mərkəzindəki "Neuer Fritz" hotelində ölü tapıldığını yazıb. Nəşrin məlumatına görə, siyasətçi rəhbərlik etdiyi "Azad Seçicilər" Partiyasının Berlin nümayəndəliyinin açılışında iştirak etməli idi. Lakin özünü yaxşı hiss etmədiyi üçün hoteldə qalmağa qərar verib. Geri qayıt |