Əsas Səhifə > EKOLOGİYA > Rəşad İsmayılov Hacıqabulda vətəndaşları qəbul edib
Rəşad İsmayılov Hacıqabulda vətəndaşları qəbul edibBu gün, 15:00 |
|
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Hacıqabul rayonunda Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayonlarından və Şirvan şəhərindən olan sakinləri qəbul edib. Nazirlikdən verilən məlumata görə, vətəndaş qəbulu zamanı ətraf mühitin və meşələrin mühafizəsi, yaşıllıqların qorunması, hidrometeorologiya, məşğulluğun təmin edilməsi, eləcə də digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb. Şəffaflıq.az Geri qayıt |