Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Pakistanda hücum zamanı iki polis öldürülüb

Pakistanda hücum zamanı iki polis öldürülüb


Bu gün, 14:56


Pakistanın şimal-qərbində əhalini poliomielitə qarşı peyvənd edən tibb işçilərinin təhlükəsizliyini təmin etdikləri ərazidə baş verən hücum nəticəsində 2 polis ölüb, 1-i isə yaralanıb.

Şəffaflıq.az "Associated Press"ə istinadən xəbər verir ki, hücum Əfqanıstanla həmsərhəd olan Xayber-Paxtunxva əyalətinin Mohmand rayonunda baş verib.

Polis əməkdaşı Ayaz Xanın sözlərinə görə, polislər peyvənd edən tibb işçilərini müşayiət etmək üçün qonşu kəndə gedərkən hərəkətdə olan motosikletdən onlara atəş açılıb.

Hücum edənlər hadisə yerindən qaçıblar.


Geri qayıt