Əsas Səhifə > Hadisə > Sabunçuda minik avtomobili yük avtomobilinə çırpılıb, ölən var

Sabunçuda minik avtomobili yük avtomobilinə çırpılıb, ölən var


Bu gün, 10:15


Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi "Lada Granta" markalı avtomobil ilə Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi MAN markalı yük avtomobilin yarımqoşqusuna dəyib.

Sürücü B.Nəcəfzadə Neyrocərahiyyə klinikasına aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Geri qayıt