Əsas Səhifə > XARİCİ XƏBƏR / FUTBOL > Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub

Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub


Bu gün, 09:29


İngiltərənin "Mançester Yunayted" klubunun sabiq hücumçusu Ceydon Sanço karyerasını İspaniyanın "Xetafe" komandasında davam etdirə bilər.

Şəffaflıq.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubu 26 yaşlı futbolçuya həftədə təxminən 10 min funt sterlinq (12 min avro) təklif etməyə hazırdır.

Bununla yanaşı, "Mançester Yunayted"də çıxış etdiyi dövrdə Sanço həftədə təxminən 250 min funt sterlinq (300 min avro) qazanırdı. Beləliklə, "Xetafe"yə keçəcəyi təqdirdə, onun maaşı 25 dəfə azalacaq.

Bildirilib ki, ingiltərəli futbolçu İspaniya klubuna azad agent statusunda qoşulmaq ehtimalını istisna etmir. Lakin yekun qərar qəbul etməzdən əvvəl Sanço "Xetafe"nin baş məşqçisi Xose Bordalasla əməkdaşlıq perspektivlərini müzakirə etmək niyyətindədir.


Geri qayıt