Əsas Səhifə > XARİCİ XƏBƏR > BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb

BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb


Bu gün, 09:26


BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir.

Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi qəbul edilib.

Müvafiq xidmətlər lazımi tədbirləri gördükdən və onun ərazisində olmağın təhlükəsizliyini təsdiqlədikdən sonra çimərlik ziyarətçilər üçün yenidən açılacaq.


Geri qayıt