Əsas Səhifə > XARİCİ XƏBƏR > Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb

Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb


Bu gün, 09:21


Fransa Prezidenti Emmanuel Makron Parisin cənub-qərbindəki Trapp şəhərində baş verən atışmanı ölkə tarixində irqi və dini nifrət zəminində əvvəlcədən planlaşdırılmış ilk terror aktı adlandırıb.

Şəffaflıq.az-ın "Agence France-Presse" (AFP) agentliyinə istinadən məlumatına görə, Fransa lideri baş verənləri respublika üçün dönüş nöqtəsi adlandırıb.

"Bu, dönüş nöqtəsidir, çünki ilk dəfədir ki, məqsədi dərilərinin rənginə və ya dini etiqadına görə həmvətənlərimizi, uşaqlarımızı öldürmək olan əvvəlcədən planlaşdırılmış terror aktı ilə üzləşirik", - Makron bildirib.


Geri qayıt