Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Monteneqro noyabrdan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir

Monteneqro noyabrdan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir


Bu gün, 14:13


Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik TASS-a müsahibəsində bildirib.

"Monteneqro tərəfi noyabrın 1-dən Rusiya Federasiyası ilə Monteneqro hökuməti arasında ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin şərtləri haqqında 24 sentyabr 2008-ci il tarixli sazişin qüvvədən düşməsi barədə bizə rəsmi bildiriş göndərib. Həmin tarixdən etibarən Rusiya vətəndaşlarının Monteneqro ərazisinə girişi üçün Monteneqronun, eləcə də Şengen ölkələri daxil olmaqla bir sıra digər dövlətlərin vizası tələb olunacaq", - o qeyd edib.


Geri qayıt