Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Fransa polisinə yuxarı sinif şagirdlərinin etirazları zamanı işıq-səs qumbaralarından istifadəyə icazə verilib

Fransa polisinə yuxarı sinif şagirdlərinin etirazları zamanı işıq-səs qumbaralarından istifadəyə icazə verilib


Bu gün, 11:37


Fransanın daxili işlər naziri Loran Nunyes oktyabrın 17-nə planlaşdırılan etiraz aksiyalarının dağıdılması zamanı polisə və jandarmlara işıq-səs qumbaralarından istifadə etməyə icazə verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə o, bu gün "France 2" telekanalının efirində bildirib.

"Əgər ciddi zorakılıq aktları baş verərsə, bu qumbaralardan istifadə olunacaq. Lakin hər şey yaxşı keçərsə, bu qumbaradan istifadə edilməyəcək", - o qeyd edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına nümayişlərə nəzarət etmələri, qayda pozuntuları halında müdaxilə etmələri barədə tapşırıq verilib.

Bu oktyabrın 17-də Paris istisna olmaqla, bütün ölkə boyunca 100 minədək insanın iştirakı ilə etiraz aksiyaları keçiriləcək.

Qeyd edək ki, daha əvvəl etirazlar zamanı qumbara partlaması nəticəsində 15 yaşlı yeniyetmənin qolu qopmasından sonra işıq-səs qumbaralarının tətbiqi qadağan edilmişdi.


Geri qayıt