Əsas Səhifə > HƏRBİ > Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib

Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib


Bu gün, 12:33


Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri general-mayor Ruslan Mukambetov ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələr arasında hərbi və hərbi-texniki sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Şəffaflıq.az


Geri qayıt