Əsas Səhifə > SİYASƏT > Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcəkDünən, 14:16 |
|
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransının (AQEM (CICA)) Dövlət və Hökumət Başçıları Şurasının yeddinci iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, H.Fidanın Zirvə Görüşündə çıxış etməsi və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub. Geri qayıt |