Əsas Səhifə > İnfrastruktur > Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilibDünən, 13:51 |
|
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 17-18 oktyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə ADY-dən məlumat verilib. Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. "Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub. Şəffaflıq.az Geri qayıt |