Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda daha 155 nəqliyyat vasitəsi özəlləşdirilib
Azərbaycanda daha 155 nəqliyyat vasitəsi özəlləşdirilibDünən, 12:28 |
|
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 155 nəqliyyat vasitəsi satılıb. Şəffaflıq.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərracda start qiyməti 5 000 manat olan "Hyundai Sonata" markalı avtomobil 9 000 manata, ilkin qiyməti 4 000 manat olan "Chevrolet Niva" markalı avtomobil isə 7 800 manata satılıb. Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar. Növbəti hərraclar 20 və 27 oktyabrda keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər. Geri qayıt |