Əsas Səhifə > SİYASƏT > Litva səfiri "Sabah"ı UEFA Çempionlar Liqasındakı tarixi qələbəsi münasibətilə təbrik edib
Litva səfiri "Sabah"ı UEFA Çempionlar Liqasındakı tarixi qələbəsi münasibətilə təbrik edibDünən, 09:55 |
|
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus "Sabah"ı UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandası üzərindəki qələbə münasibətilə təbrik edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Sabah" futbol klubu və Azərbaycan futbolu üçün gözəl bir axşam! Oyunçuları və bütün komandanı təbrik edirik! Fəxr edirik ki, litvalı məşqçi Valdas Dambrauskas komandanı bu əlamətdar nailiyyətə aparır", - səfir yazıb. Qeyd edək ki, ötən gün "Sabah" FK UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandası üzərində 2:0 hesabı ilə tarixi qələbə qazanıb. Şəffaflıq.az Geri qayıt |