Əsas Səhifə > Hadisə > Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşub, ölən var

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşub, ölən var


Dünən, 12:22


Qala-Şüvəlan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobusla Şüvəlan qəsəbəsi ərazisində hərəkətdə olarkən, Elçin Qədim oğlu Qədimovun idarə etdiyi "Lada Granta" markalı minik avtomobil ilə toqquşub.

Nəticədə E.Qədimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Geri qayıt