Əsas Səhifə > MALİYYƏ > Azərbaycan və Böyük Britaniya dual listinq imkanlarını müzakirə edib
Azərbaycan və Böyük Britaniya dual listinq imkanlarını müzakirə edibDünən, 10:46 |
|
"Bakı Fond Birjası" QSC (BFB) və Böyük Briyaniyanın "TheCityUK" maliyyə qurumu potensial ikili (dual) listinq imkanlarını müzakirə edib. Şəffaflıq.az bu barədə BFB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun nümayəndələri "TheCityUK" nümayəndə heyəti ilə görüş keçirib. Görüşün əsas məqsədi Azərbaycanın beynəlxalq kapital bazarlarına inteqrasiyasının gücləndirilməsi və Azərbaycan şirkətlərinin beynəlxalq kapital mənbələrinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mövcud imkanların müzakirəsi olub. Nümayəndə heyətinin tərkibində müstəqil İKT (IPO) eksperti və "TheCityUK" məsləhətçisi Kris Ennals, "Euroclear" şirkətini təmsil edən Oliver Venzel və "TheCityUK" nümayəndəsi Aleksander Tomas iştirak edib. Görüş zamanı Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışını təmin edən mövcud tənzimləyici və texniki çərçivə müzakirə olunub. Tərəflər arasında aparılan müzakirələr çərçivəsində mövcud tənzimləyici və bazar çərçivəsi, beynəlxalq listinq imkanlarının qarşısında yarana biləcək potensial maneələr və praktiki məsələlər, həmçinin Azərbaycanın daxili kapital bazarının daha da inkişaf etdirilməsi və beynəlxalq bazarlarla əlaqəliliyinin gücləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. BFB şəffaf və rəqabətqabiliyyətli kapital bazarının inkişafını dəstəkləmək məqsədilə beynəlxalq əlaqələrini genişləndirməyə və qlobal maliyyə bazarlarının aparıcı institutları ilə əməkdaşlığı gücləndirməyə davam edir. Geri qayıt |