Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Tramp İranın ABŞ şəhərlərinə raket zərbələri endirməsinin qarşısını alacağını deyib
Tramp İranın ABŞ şəhərlərinə raket zərbələri endirməsinin qarşısını alacağını deyibDünən, 08:46 |
|
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranın Los-Anceles və San-Dieqoya raket zərbələri endirməsinə yol verməyəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə Amerika lideri Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Qoy onlar San-Dieqo və ya Los-Ancelesə raket zərbəsi endirsinlər. Siz kabus istəyirsiniz? Problemlər istəyirsiniz? Amma biz bunun baş verməsinə imkan verməyəcəyik. Biz şəhərlərimizi qoruyuruq, ölkəmizi qoruyuruq", - Tramp deyib. Daha əvvəl ABŞ Prezidenti İranla münaqişə fonunda bu şəhərlərin məhv edilməsi ehtimalını bildirmişdi, lakin o vaxt öz sözlərini izah etməmişdi. Daha sonra Ağ Evin kommunikasiya üzrə direktoru Stiven Çunq aydınlıq gətirib ki, Tramp ABŞ-nin nüvə proqramına görə İrana qarşı hərbi əməliyyatdan imtina edəcəyi təqdirdə, Amerika şəhərləri üçün potensial təhlükədən danışıb. Geri qayıt |