Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Tramp İranla müzakirə edilən razılaşmanın onun gözləntilərini tam şəkildə qarşılamadığını bildirib

Tramp İranla müzakirə edilən razılaşmanın onun gözləntilərini tam şəkildə qarşılamadığını bildirib


Dünən, 08:44


ABŞ Prezidenti Donald Tramp bildirib ki, münaqişənin həlli ilə bağlı İranla müzakirə olunan razılaşma onun gözləntilərinə tam cavab vermir.

Şəffaflıq.az xəbər verir ki, Amerika lideri bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Trampın sözlərinə görə, onun xüsusi elçisi Stiv Uitkoff İran tərəfi ilə danışıqları davam etdirir və müəyyən nəticələrə nail olur.

"O, İranla sövdələşmə üzərində işləyir və bunun öhdəsindən çox yaxşı gəlir. Düşünürəm ki, bu sövdələşmə tam olaraq mənim istədiyim deyil, lakin təki biz ondan imtina etməyək deyə onlar bizə hər şey təklif etməyə hazırdırlar", - ABŞ Prezidenti bildirib.

Tramp bir daha vurğulayıb ki, İran nüvə silahı əldə etməməlidir.

Amerika lideri həmçinin Uitkoffun danışıqlar aparmaq bacarığını yüksək qiymətləndirərək onu mahir adlandırıb və razılaşmanın əldə olunması istiqamətindəki işini qeyd edib.


Geri qayıt