Əsas Səhifə > REGİON > Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyibBu gün, 09:09 |
|
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazovo stansiyası ərazisində məhkumlardan biri tualetə çıxarılarkən konvoy əməkdaşına təkbaşına hücum edib və bu zaman onun xidməti silahını ələ keçirib. Hücum nəticəsində bir əməkdaş həlak olub, üç nəfər yaralanıb", - məlumatda bildirilib. Keçirilən əməliyyat zamanı hücum edən şəxs polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Mülki əhali arasında xəsarət alan yoxdur. TASS-ın mənbəsi bildirib ki, yaralanmış xidmət əməkdaşlarından birinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağırdır. Geri qayıt |