Əsas Səhifə > XARİCİ XƏBƏR > ÜST: Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb.

ÜST: Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb.


Bu gün, 09:03


Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib.

ÜST 2000-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilən ömür uzunluğunun, ölüm və xəstələnmə göstəricilərinin, eləcə də xəstəliklərin dinamikasını qiymətləndirib.

"2023-cü ildə dünyada gözlənilən orta ömür uzunluğu 73,3 yaşa çataraq pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşıb. Lakin sağlam ömür uzunluğu hələ də 2019-cu ilin göstəricisindən aşağıdır", - məlumatda qeyd olunub.

Bu gün yoluxucu olmayan xəstəliklər dünyada bütün ölüm hallarının 74 %-ni təşkil edir, halbuki 2000-ci ildə bu rəqəm 58 % idi.

Bununla yanaşı, demensiyadan ölüm üç dəfə artıb, narahatlıq pozuntuları və depressiya ilə bağlı sağlamlıq itkiləri isə pandemiya başlayandan sonra kəskin şəkildə artıb.

2023-cü ildə dünyada qeydə alınan 61 milyon ölüm halının 33 milyonu ölümün 10 əsas səbəbinin payına düşüb. Yoluxucu olmayan xəstəliklər bu 10 əsas səbəbdən 8-ni təşkil edib.

ÜST qeyd edib ki, ölüm hallarının əsas səbəbləri arasında ürəyin işemik xəstəliyi və insult da daxil olmaqla, ürək-damar xəstəlikləri, həmçinin xroniki ağciyər xəstəliyi və aşağı tənəffüs yollarının infeksiyaları da daxil olmaqla, tənəffüs sistemi xəstəlikləri yer alıb.


Geri qayıt