Əsas Səhifə > SİYASƏT > Almaniyanın Azərbaycandakı səfiri oktyabrın əvvəlində Qarabağa səfər etməyi planlaşdırır
Almaniyanın Azərbaycandakı səfiri oktyabrın əvvəlində Qarabağa səfər etməyi planlaşdırırBu gün, 15:41 |
|
Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke Azərbaycan hökumətinin dəvəti ilə oktyabrın əvvəlində Qarabağa səfər etməyi planlaşdırır. Bu barədə diplomat müsahibəsində bildirib. "Azərbaycan hökumətinin dəvəti ilə oktyabr ayının əvvəlində həmin bölgəyə səfər etməyi planlaşdırıram. Bu səfər mənə yerindəcə vəziyyətlə bağlı şəxsi təəssürat əldə etməyə, eləcə də Almaniyanın regionda davam edən sülh prosesinə necə töhfə verə biləcəyini anlamağa imkan verəcək", - o qeyd edib. D.Lölkenin sözlərinə görə, vəziyyətlə yerindəcə birbaşa tanışlıq infrastrukturun bərpası, icmaların bərpası və Cənubi Qafqazın bütün ölkələrinə fayda gətirəcək dayanıqlı sülhün təmin edilməsi ilə bağlı praktiki vəzifələri daha yaxşı anlamağa kömək edəcək. Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz. Şəffaflıq.az Geri qayıt |