Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Hindistanda avtoqəza olub, 7 nəfər ölüb, 20 nəfər yaralanıb

Hindistanda avtoqəza olub, 7 nəfər ölüb, 20 nəfər yaralanıb


Bu gün, 11:32


Hindistanın cənub-qərbində yük maşınının mikroavtobusala toqquşması nəticəsində azı 7 nəfər ölüb, 20-yə yaxın şəxs yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hindistan polisinin məlumatına görə, yük maşını yüksək sürətlə hərəkət edib və mikroavtobusa çırpılıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb, onlardan bəzilərinin vəziyyəti kritikdir.


Geri qayıt