Əsas Səhifə > MALİYYƏ > Maliyyə Monitorinqi Xidməti ildə 20 min manatdan çox pul köçürmələrinə məlumat və sənəd tələb edəcək
Maliyyə Monitorinqi Xidməti ildə 20 min manatdan çox pul köçürmələrinə məlumat və sənəd tələb edəcəkBu gün, 16:16 |
|
Maliyyə institutlarının və digər öhdəlik daşıyan şəxslərin Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim etməli olduqları məlumat və sənədlərlə bağlı yeni tələblər oktyabrın 1-dən qüvvəyə minir. Şəffaflıq.az xatırladır ki, bununla bağlı MMX İdarə Heyətinin sədri Zaur Fətizadə bu il aprelin 21-də yeni qərar imzalamışdı. Qərarla öhdəlik daşıyan şəxslər, o cümlədən auditor xidməti göstərən şəxslər tərəfindən MMX-yə məlumat və sənədlərin təqdim edilməsi qaydası, həmçinin maliyyə institutlarının məlumat təqdim etməli olduqları müəyyən əməliyyatlar üzrə minimum məbləğlər təsdiq edilib. Sənədə əsasən, maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının bir təqvim ili üzrə minimum həddi 20 000 manat və ya onun ekvivalentində xarici valyuta müəyyən edilib. Bu hədd müştərinin bundan sonra həyata keçirdiyi hər bir elektron pul köçürməsi əməliyyatına tətbiq olunur. Qərarda maliyyə institutlarının məlumat təqdim etməli olduqları nağd əməliyyatlar üzrə də minimum məbləğ müəyyənləşdirilib. Bundan başqa, əməliyyat icra edilmədən MMX-yə məlumat və sənədlərin təqdim edilməsini tələb edən əməliyyatlar üzrə minimum hədd də təsdiqlənib. Yeni qaydalara əsasən, öhdəlik daşıyan şəxslər müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları MMX-yə 2027-ci il dekabrın 31-dək təqdim etməlidirlər. Geri qayıt |