Əsas Səhifə > SİYASƏT > İlham Əliyev müasir silahların ölkəyə gətirilməsi ilə bağlı Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini qeyd edib
İlham Əliyev müasir silahların ölkəyə gətirilməsi ilə bağlı Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini qeyd edibBu gün, 16:04 |
|
Azərbaycan Prezidenti İlham Əliyev müasir silahların Azərbaycana gətirilməsi ilə bağlı Birləşmiş Krallıqla tərəfdaşlığın önəmindən bəhs edib. Şəffaflıq.az xəbər verir ki, dövlət başçısı bu barədə sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul etdiyi zaman bildirib. Prezident ölkədə 20 ildən çoxdur ki, müdafiə sənayesinə sərmayə qoyulduğunu, artıq bu sahədə istehlak və ixrac üçün məhsulların istehsal olunduğunu deyib. Dövlət başçısı müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi, həmçinin ölkədə birgə müəssisələrinin yaradılması ilə bağlı aparıcı şirkətlərlə perspektiv əməkdaşlığa toxunub, bu xüsusda Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini vurğulayıb. Geri qayıt |