Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Niderlandda gənclər hərbi xidmətə çağırışın bərpası əleyhinə tətil keçirəcək
Niderlandda gənclər hərbi xidmətə çağırışın bərpası əleyhinə tətil keçirəcəkBu gün, 09:02 |
|
Noyabrın 20-də Niderlandda gənclər hökumətin məcburi hərbi xidməti bərpa etmək planlarına qarşı ümumxalq tətili keçirəcək. Şəffaflıq.az-ın NOS telekanalına istinadən məlumatına görə, etiraz bir neçə pasifist birlik tərəfindən təşkil olunacaq. Onlar ordunun şəxsi heyətinin sayı və hərbi büdcənin artırılması da daxil olmaqla hökumətin hərbiləşdirmə siyasətinə qarşı çıxırlar. Qarşıdan gələn tətilin formatı ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb. Niderlandda hərbi xidmətə çağırış rəsmi olaraq ləğv edilməyib, 17 yaşdan 45 yaşa qədər kişilərə və qadınlara şamil olunur. Bununla belə, məcburi hərbi xidmət 1 may 1997-ci ildə dayandırılıb. Geri qayıt |