Əsas Səhifə > Hadisə > Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var


Bu gün, 09:01


Ağstafada qətl hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun parklarından birində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib. İlkin məlumata görə, R.İsmayılovu 1993-cü il təvəllüdlü Sabir Şükürov qətlə yetirməkdə şübhəli bilinir.

S.Şükürov keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb.


Geri qayıt