Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Britaniya polisi İranın Ferforddakı partlayış planı ilə əlaqəsini araşdırır

Britaniya polisi İranın Ferforddakı partlayış planı ilə əlaqəsini araşdırır


Bu gün, 08:37


Böyük Britaniya polisi ABŞ strateji bombardmançı təyyarələrinin yerləşdiyi Ferford hava bazasında partlayış planında İranın mümkün iştirakını araşdırır.

Şəffaflıq.az-ın "Sky News"a istinadən məlumatına görə, güman edilən plan böyük antiterror araşdırmasının mövzusudur. Lakin qarşısı alınan əməliyyatın mənşəyi hələ müəyyən edilməyib.

Daha əvvəl bazar günü Uelford yaşayış məntəqəsinin Qlosterşir qraflığında aviabazanın yaxınlığında partlayış planlaşdırmaqda şübhəli bilinən beş nəfərin saxlanıldığı bildirilib. Fövqəladə vəziyyət elan edildikdən sonra 85 evin sakinləri təxliyə olunub. Saxlanılanlara məxsus üç minivenə baxış keçirmək üçün xüsusi bomba zərərsizləşdirmə qrupu da hadisə yerinə gəlib.

Polis Ferford aviabazasının girişlərində təhlükəsizliyi gücləndirib. ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı orada Amerikanın 20-dən çox "B-1B Lancer" və "B-52H Stratofortress" strateji bombardmançı təyyarəsi yerləşib və İran hədəflərinə zərbələr endirib. Həmin vaxt İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ferford hava bazasını cavab tədbirləri üçün qanuni hədəf elan edib.

Hazırda hava bazasında 12 ədəd "B-1B Lancer" strateji bombardmançı təyyarəsi yerləşdirilib.

ABŞ Prezidenti Donald Tramp bazar günü jurnalistlərə bildirib ki, saxlanılanlar əvvəllər izlənilib. "Biz uzun müddət araşdırma apardıq və nəticədə onları həbs etdik. Onlar bizim qalamıza geniş ziyan vurmaq istəyirdilər və Britaniya ilə əməkdaşlıq çox təsirli oldu", - Tramp deyib.

Böyük Britaniyanın Baş naziri Endi Börnhem də saxlanılmalarla bağlı şərh verərək bildirib ki, hadisə yerli sakinlər və ölkə daxilində insanlar üçün narahatlıq yaradacaq.

"Qlosterşir polisinə, terrorizmlə mübarizə bölməsinə, Silahlı Qüvvələrimizə və ictimaiyyətin təhlükəsizliyinin təminatı üçün çalışan hər kəsə təşəkkür etmək istəyirəm. İstintaq davam edir və mən insanları hakimiyyət orqanları faktları müəyyənləşdirənə qədər spekulyasiyadan çəkinməyə çağırıram", - o deyib.


Geri qayıt