Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub

Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub


Bu gün, 16:35


Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən 2147 nəfər məşğulluq tədbirlərinə cəlb edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən rayona təşkil edilmiş mediatur çərçivəsində bildirilib.

Qeyd olunub ki, proqram çərçivəsində verilmiş aktivlər hesabına rayon sakinləri Ətrabə Mirkişiyeva üçün un məmulatlarının istehsalı, Elburus Cəfərli üçün kişi bərbərxanası, İlham Həmidov üçün qəssab dükanı, Bayram Əliyev üçün isə avtomobil şinlərinin bərpası və təmiri xidmətləri zərfləri üzrə kiçik ailə təsərrüfatları qurulub.

Məlumat verilib ki, Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 93 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.

Bildirilib ki, bu günə qədər işğaldan azad edilmiş ərazilərdə keçirilən tədbirlər çərçivəsində 12 minə yaxın şəxsin məşğulluğu təmin olunub. Onlardan 1051 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub.


Geri qayıt