Əsas Səhifə > Hadisə > Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb


Bu gün, 15:06


Biləsuvar rayonunda ümumilikdə 17 kiloqram narkotik vasitə aşkar olunub.

Şəffaflıq.az-ın məlumatına görə, keçirilən tədbirlər zamanı saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.

Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Ondan 7 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Geri qayıt