Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclisdə dini abidələrlə bağlı dinləmənin keçirilməsi nəzərdə tutulur

Milli Məclisdə dini abidələrlə bağlı dinləmənin keçirilməsi nəzərdə tutulur


Bu gün, 12:31


Milli Məclisdə dini abidələrlə bağlı dinləmənin keçirilməsi nəzərdə tutulur.

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, bu məsələ komitənin payız sessiyası üzrə iş planına daxil edilib:

"Bu yaxınlarda Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi belə ortaq tədbir keçirib. Uğurlu ad seçmişdilər: "Tarixi-dini abidə". Çünkü hər hansı bir dini abidənin tarixi mahiyyəti, dəyəri yoxdursa, o, artıq abidə mahiyyətində olmur. Bu baxımdan, biz də dinləmənin mövzusunu "tarixi-dini abidə" termini ilə əvəz edə bilərik".


Geri qayıt