Əsas Səhifə > İnfrastruktur > Azərbaycan Çexiya ilə iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib
Azərbaycan Çexiya ilə iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edibBu gün, 12:03 |
|
Azərbaycan və Çex Respublikası arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. Şəffaflıq.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir müavini Anar Axundovun ölkəmizdə səfərdə olan Çexiyanın xarici işlər nazirinin müavini Mari Şatardova ilə görüşdə aparılıb. Görüşdə enerji, nəqliyyat, əczaçılıq, texnologiya transferi və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial qeyd edilib. Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin, iki ölkə arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Geri qayıt |