Əsas Səhifə > MALİYYƏ > Bu il 124 mindən çox pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

Bu il 124 mindən çox pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib


Bu gün, 11:54


Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Şəffaflıq.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onlardan 26 228-i pensiya, 85 501-i müavinət, 12 297-si isə təqaüd təyinatıdır.


Geri qayıt