Əsas Səhifə > ELM VƏ TƏHSİL > Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib


Bu gün, 11:52


Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə sentyabrın 23-27-də ixtisas seçimi aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd edilib ki, orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan­larından "məqbul" alan abituriyentlər buraxılırlar.

Şəffaflıq.az


Geri qayıt