Əsas Səhifə > FUTBOL > Xankəndi stadionunda təmir işlərinin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır

Xankəndi stadionunda təmir işlərinin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır


Bu gün, 10:54


"Xankəndi" futbol komandası ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

Hazırda Xankəndi stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.

İşlər yekunlaşdıqdan sonra Xankəndi stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

Klubun şəhərdəki ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun müəyyənləşdiriləcək.


Geri qayıt