Əsas Səhifə > Dünya > Putin İrəvanla bağlanan bu protokolu təsdiq etdi

Putin İrəvanla bağlanan bu protokolu təsdiq etdi


1-04-2020, 19:58
 Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə Ermənistan arasında təbii qazın, neft məhsullarının və cilalanmamış təbii almazların tədarükü sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişə dair protokolu təsdiqləyib.
Sözügedən qanun normativ hüquqi aktlar saytında dərc olunub.
Qeyd edək ki, protokol 2019-cu ilin oktyabrında Moskvada imzalanıb. Protokola əsasən, Rusiya neft məhsullarının Ermənistana ixracını asanlaşdırır. Rusiyadan Ermənistana 95 oktandan az olan benzin, dizel yanacağı, reaktiv mühərrik yanacağı, mazut və maye neft parafini daşınması zamanı müvəqqəti dövri gömrük bəyannamələri ləğv edilir.Mənbə/Axar.az

Geri qayıt