Əsas Səhifə > REGİON > Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib


Bu gün, 14:32


Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi (Tramp marşrutu) üzrə Ermənistanla ABŞ arasında strateji əməkdaşlıq haqqında Çərçivə Sazişində nəzərdə tutulan öhdəliklərin Konstitusiyaya uyğun olduğuna qərar verib.

Bu barədə Şəffaflıq.az Ermənistan mediasına istinadən xəbər verir.

Bildirilib ki, qərar üç gün ərzində tam həcmdə dərc olunacaq.

Sənəd ratifikasiya üçün parlamentə göndəriləcək.


Geri qayıt