Əsas Səhifə > İnfrastruktur > Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması müzakirə edilib
Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması müzakirə edilibDünən, 15:42 |
|
Bolqarıstanın Sofiya şəhərində Orta Dəhlizin cəlbediciliyinin artırılması müzakirə edilib. Şəffaflıq.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, bununla bağlı müzakirələr sentyabrın 14–15-də Sofiyada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə İşçi Qrupunun iclasında aparılıb. İşçi Qrupunun rəhbəri, ADY-nin sədr müavini Nicat Quliyevin iştirak etdiyi iclas çərçivəsində yük axınları üçün əlverişli şəraitin yaradılması məqsədilə konteyner daşımalarının və yük daşıma tariflərinin optimallaşdırılması məsələləri müzakirə edilib. Bildirilib ki, müzakirələrin yekunu olaraq dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, yükdaşımaların səmərəliliyinin artırılması, həmçinin regionda ticarət və logistikanın inkişaf etdirilməsi barədə protokol imzalanıb. Geri qayıt |