Əsas Səhifə > SİYASƏT > Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək


Bu gün, 11:12


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sentyabrın 25-də Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini qəbul edəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 15-17 sentyabr tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.


Geri qayıt