Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib


Bu gün, 10:37


ABŞ Konqresi Nümayəndələr Palatasının Prosedur Komitəsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsini dəstəkləyib və onu baxılması üçün aşağı palataya göndərib.

Şəffaflıq.az-ın məlumatına görə, səsvermə bazar ertəsi günü komitənin saytında canlı yayımlanıb.

Komitənin yeddi üzvü qanun layihəsinin prosedur qaydalarının lehinə, üçü isə əleyhinə səs verib. Qanunvericilər həmçinin demokratlar tərəfindən təklif olunan bir neçə düzəlişi rədd ediblər.

"Fox News"un məlumatına görə, palatanın qanun layihəsini müzakirə etməyə başlaması və prosedur səsverməsi sentyabrın 15-də başlaya bilər və təsdiqlənərsə, ertəsi gün onun qəbul edilməsi ilə bağlı səsvermə keçirilə bilər.


Geri qayıt