Əsas Səhifə > REGİON > Türkiyədə təyyarə dənizə qəza enişi edib: göyərtədəkilər xilas edilib

Türkiyədə təyyarə dənizə qəza enişi edib: göyərtədəkilər xilas edilib


Bu gün, 16:31


Türkiyə Sahil Mühafizəsi Rizə vilayəti sahillərində suya qəza enişi edən şəxsi təyyarənin göyərtəsindəki iki Belçika vətəndaşını xilas edib.

Şəffaflıq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Rizə vilayətinin valisi İhsan Selim Baydaş bildirib.

Xilas edilənlər xəstəxanaya çatdırılıb.

Məlumata görə, şəxsi təyyarə Batumidən Ordu-Giresun hava limanına uçurmuş. Texniki nasazlıq səbəbindən o, sahil yaxınlığında suya qəza enişi edib.


Geri qayıt