Əsas Səhifə > İnfrastruktur > CICA nəqliyyat və ticarətin inkişafı üçün Dayanıqlı Qarşılıqlı Əlaqələr üzrə Şura yaradır
CICA nəqliyyat və ticarətin inkişafı üçün Dayanıqlı Qarşılıqlı Əlaqələr üzrə Şura yaradırBu gün, 12:30 |
|
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Dayanıqlı Qarşılıqlı Əlaqələr üzrə Xüsusi Şurası dayanıqlı nəqliyyat infrastrukturu, multimodal dəhlizlər, rəqəmsal logistika sahələrində əməkdaşlığı təşviq etmək, eləcə də ticarət və tranzit axınlarının maneəsiz olmasını təmin etmək məqsədi daşıyır. Şəffaflıq.az xəbər verir ki, bu barədə CICA-nın baş katibi Kayrat Sarıbay Bakıda "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O vurğulayıb ki, dənizə çıxışı olmayan iştirakçı ölkələr üçün dəniz infrastrukturu ilə dayanıqlı əlaqənin təmin edilməsi onların regional və qlobal ticarətə tam inteqrasiyası üçün zəruri şərtdir: "CICA üçün qarşılıqlı əlaqə etimadın möhkəmləndirilməsi üzrə konkret praktiki tədbirdir. CICA-nın məsləhətverici orqanı kimi Dayanıqlı Qarşılıqlı Əlaqələr üzrə Xüsusi Şuranın yaradılması ideyası ən yüksək siyasi səviyyədə irəli sürülüb. Bu təşəbbüsün məzmunu hazırda da aktuallığını qoruyur - dayanıqlı nəqliyyat infrastrukturu, multimodal dəhlizlər, rəqəmsallaşdırılmış logistika, ekoloji baxımdan dayanıqlı mobillik və ticarət və tranzit axınlarının optimallaşdırılması sahəsində dialoqu və praktiki qarşılıqlı fəaliyyəti stimullaşdırmaq. Beləliklə, nəqliyyat kommunikasiyaları, ticarətin təşviqi, peşəkar əlaqələr barədə dialoq qarşılıqlı anlaşmanı və ümumi maraqları möhkəmləndirmək iqtidarındadır". Geri qayıt |