Əsas Səhifə > SİYASƏT > Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaş qəbulu keçirilib

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaş qəbulu keçirilib


Bu gün, 12:20


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaş məmnunluğunun artırılması və müraciətlərə operativ baxılmasının təmin edilməsi məqsədilə növbəti vətəndaş qəbulu keçirilib.

Şəffaflıq.az Komitəyə istinadən xəbər verir ki, Baş İdarənin rəisi Read Qasımov vətəndaşların tikinti və istismara icazə prosedurları, şəhərsalma nəzarəti, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı müraciətlərini dinləyib.

Qəbul zamanı qaldırılan məsələlər hər bir müraciətin xüsusiyyətləri, mövcud qanunvericiliyin tələbləri, həmçinin paytaxtın planlı və dayanıqlı inkişaf prinsipləri nəzərə alınmaqla müzakirə edilib.

Vətəndaşlara müraciətlərində qaldırılan məsələlərlə bağlı zəruri izahlar təqdim olunub, əlavə araşdırma tələb edən məsələlərin isə aidiyyəti struktur bölmələri tərəfindən ətraflı öyrənilməsi və müvafiq tədbirlərin görülməsi tapşırılıb.


Geri qayıt