Əsas Səhifə > MALİYYƏ > Astanada Türk "Yaşıl maliyyə" Şurasının ikinci iclası keçirilir

Astanada Türk "Yaşıl maliyyə" Şurasının ikinci iclası keçirilir


Bu gün, 10:18


Sentyabrın 9-da Astanada Türk "Yaşıl maliyyə" Şurasının ikinci illik görüşü keçirilir.

Şəffaflıq.az-ın xəbərinə görə, iclas qapalı rejimdə keçirilir.

Görüşdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin maliyyə tənzimləyicilərinin, iqtisadiyyat və maliyyə qurumlarının, eləcə də fond birjalarının rəhbərləri və nümayəndələri iştirak edirlər.

İştirakçılar yaşıl və dayanıqlı maliyyələşdirmənin inkişafını, karbon bazarlarının formalaşdırılmasını, təbiətə əsaslanan həllərin və şəriət prinsiplərinə əsaslanan yanaşmaların tətbiqini müzakirə edirlər.

Görüşdə birgə layihələrin hazırlanmasına, regional əməkdaşlığın gücləndirilməsinə və sahə mütəxəssislərinin təliminə xüsusi diqqət yetiriləcək.


Geri qayıt